Azərbaycanda uşaqlara “Atatürk” adı qoyulmasına qadağa

Azərbaycanda uşaqlara “Atatürk” adı qoyulmasına qadağa
  10 May 2013    Oxunub:1103
1991-ci ildən bu günə qədər Azərbaycanda 18 uşağa “Atatürk” adı qoyulub.
AzVision.az-ın məlumatına görə, artıq bu adın qoyulmasına qadağa qoyulacaq. Bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib. O bildirib ki, “Uşaqlara bu adın verilməsinə qadağa qoymağı planlaşdırılıq. Çünki, Atatürk tarixi şəxsiyyətdir və bu ad ancaq ona məxsusdur”.

S. Sadıqovanın sözlərinə görə, Türkiyədə də Atatürk adının körpələrə verilməsi qadağandır.

“Azərbaycanlı uşaqlara əcnəbi və cəmiyyətdə qəbul olunmayan 8 min addan ibarət olan qanun layihəsi hazırlanıb və qəbul olunmaq üçün Milli Məclisə göndəriləcək. Bu siyahıda Atatürkün də adı var. Bundan sonra ölkədə Atatürk adının qoyulmasına icazə verilməyəcək. Parlamentə göndərəcəyimiz siyahıda da Atatürk adının niyə verilməməsini izah edən xüsusi şərh olacaq.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti