Putindən etiraf: `Bizim də günahımız var`

Putindən etiraf: `Bizim də günahımız var`
  26 Dekabr 2014    Oxunub:3356
Rusiya prezidenti Vladimir Putin hökumətin 2014-ci ilin yekunlarına dair iclasında hazırkı iqtisadi böhrandan danışıb.
AzVision.az xəbər verir ki, Putin Rusiyanın yaşadığı böhranda onların da səhvlərinin olduğunu etiraf edib:

“Hazırkı çətinliklərimiz təkcə xarici təsirlə, tətbiq edilən sanksiyalarla bağlı deyil. Bu, həm də illər ərzində artan öz səhvlərimizlə bağlıdır”.

Putin vurğulayıb ki, iqtisadiyyatın inkişafı üçün dövlət rəsmiləri səylə çalışır: “Bu isitqamətdə çox işlər görülüb. Amma son günlərdə baş verənlər göstərdi ki, bunlar kifayət deyil”.

Qeyd edək ki, bu il ərzində rus rublunun dəyəri 50% aşağı düşüb. Qərbin tətbiq etdiyi sanksiyalar, neftin ucuzlaşması və külli miqdarda sərmayənin itirilməsinə görə, Rusiya iqtisadiyyatı hazırda çətin vəziyyətdədir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti