Merkel “ilin adamı” seçildi

Merkel “ilin adamı” seçildi
  26 Dekabr 2014    Oxunub:1424
Böyük Britaniya qəzeti “The Times” Almaniya kansleri Anqela Merkeli “İlin adamı” elan edib.
AzVision.az-ın xəbər verir ki, nəşr Merkeli “dünyada təhlükəli kişilər arasında lazımlı qadın” olaraq qiymətləndirib.

“Times” jurnalı Almaniya kanslerini “Avropa sabitliyinin qorunmasında oynadığı mərkəzi rola” görə “ilin adamı” seçib. Merkel həmçinin özünü “Soyuq müharibə”dən bəri Şərq və Qərb arasında ən təhlükəli geosiyasi böhran zamanı “əvəssiz vasitəçi” kimi də göstərib.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın digər nəşri “ The Guardian”da Merkelin “Rus ayısı”nı sakitləşdirdiyini və Avropanı birləşdirdiyini vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti