Elnur Məcidli İlham Əliyevi dəstəklədi

Elnur Məcidli İlham Əliyevi dəstəklədi
  26 Dekabr 2014    Oxunub:2619
«Siyasətdə müəyyən təcrübəsi olan, bir çox qurbanlar vermiş insan kimi deyə bilərəm ki, indiyə qədər ən mühüm realizə etdiyim şey konstruktiv əməllərin, tənqidlərin, hətta düşüncələrin ən böyük nəticə verməsidir.Həyat bir rəngdən, bir formadan ibarət deyil. Doğrunu demək, hər birimizin borcudur.Lakin doğrunun belə yaxşı və pis tərəfləri var. İndiyə qədər gördüyüm, şahidi olduğum yanlışları çox dilə gətirmişəm.»
AzVision.az xəbər verir ki, bunu Facebook profilində hazırda Fransada mühacirət həyatı yaşayan və hakimiyyəti kəskin tənqidi ilə seçilən Elnur Məcidli yazıb. O daha sonra prezident İlham Əliyevə dəstəyini belə ifadə edib:

«Bunu özümə borc bilmişəm, lakin doğruları da söyləməkdən qorxmaq lazım deyil. Kimsə qınayacaq deyə, kiminsə ağzına söz salacayıq deyə özümüzü doğru bildiyimizi söyləməkdən çəkindirməməliyik. Cəmiyyətdə dəyişiklik etmək üçün islahatlar labüddür.Azərbaycanda bu islahatların olmasının ən birinci aparıcısı kimi prezidenti görürəm. Kim nə deyir desin hakimiyyətdə islahatlar olur və olacaq. Lakin bu bir günün işi deyil. Amerikada, Avropada xırda bir sosial dəyişiklik etmək üçün ən azı on il vaxt gedir. Bu işlərdə İlham Əliyevin rolu böyük olacaq.
Bunu deməkdən çəkinmək lazım deyil, ən böyük tənqidçi olsan belə.»


Teqlər:



Xəbər lenti