Ombudsman Kəlbəcər girovları üçün nə edir?

Ombudsman Kəlbəcər girovları üçün nə edir?
  26 Dekabr 2014    Oxunub:2393
“Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ilk gündən ombudsman Elmira Süleymanovanın diqqət mərkəzindədir. Məsələ ilə əlaqədar olaraq ombudsman Beynəlxalq Qızl Xaç Komitəsinin Azərbaycandakı mümayəndəliyinin rəhbərinə müraciət edib”.
Bu barədə AzVision.az-a açıqlamasında Ombudsman Aparatının şöbə müdiri Zaur Əliyev deyib. O, qeyd edib ki, müraciətdə azərbaycanlı girovların mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmalı olduğu vurğulanıb:

“Eyni zamanda onların girovluqda olduqları müddətdə işgəncəyə məruz qalmamaları, qeyri-insani rəftar və cəza verilməməsi, beynəlxalq hüquq normaları nəzərə alınmaqla, onların tanınmış hüquq və azadlıqlarının təmin edilməsinə yardımçı olunması xahiş edilib”.

Sonda isə Z.Əliyev qeyd edib ki, Ermənistan və Azərbaycan ombudsmanlarının heç bir əməkdaşlığı yoxdur:

“Ermənistan bizim torpaqları işğal edib. Buna görə də Ermənistan ombudsmanı ilə Azərbaycan ombudsmanının heç bir əməkdaşlığı yoxdur. Girovlar məsələsi hazırda Elmira xanımın diqqətindədir”.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti