Rəsmi Tehran ərəblərə meydan oxudu
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının İran və Rusiyanın iqtisadiyyatını zəiflətmək məqsədi ilə müəyyən neft siyasəti apardığını bildirən Nuri əl-Maliki bunun İraqa də mənfi təsir göstərdiyini qeyd edib.
Ölkəsinin hazırda büdcəyə təsir edən güclü maliyyə böhranından əziyyət çəkdiyini deyən vitse-prezident böhrandan çıxış yolunu investisiya cəlb edilməsində görür.
Əl-Maliki hələ Baş nazir olduğu dövrlərdə Səudiyyə Ərəbistanının ünvanına sərt tənqidlərlə yadda qalmış və krallığı İraq ərazisində fəaliyyət göstərən yaraqlılara maliyyə yardımı göstərməkdə ittiham etmişdi.
Səudiyyə Ərəbistanının qeyri-formal liderlik etdiyi Neft İxracatçıları Təşkilatı (OPEC) noyabrın 27-də Avstriyanın paytaxtı Vyanada keçirilən iclasında hasilatı sutkada 30 milyon barrel həcmində saxlamağa qərar vermişdi. Bu qərar dünya bazarında neftin qiymətinin daha da ucuzlaşmasına səbəb olub.
Teqlər: