Bakıda dəhşətli tıxac
Babək prospektində yaranan tıxacın səbəbini öyrənmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxladıq.
Vaqif Əsədovun Anspress-ə verdiyi məlumata görə, Babək prospektində bu saatlara qədər davam edən tıxaca səbəb 2 maddi ziyanla nəticələnmiş qəzanın baş verməsidir. Onun sözlərinə görə, sözügedən yolda "Avtobus" "Mercedes"lə, "Opel" markalı maşın isə "Jiquli" ilə toqquşub:
"Hər iki qəzada avtomobillərə ziyan dəyib. Sürücülər avtomobilləri vaxtında yoldan götürmədiyindən belə bir tıxac yaranıb. Yolda hərəkəti bərpa etmək üçün yol polisi əməkdaşları müvafiq tədbirlər görürlər".
AzVision.az