Ərdoğanı təhqir edən yeniyetmə evə buraxıldı
Baş nazir həbs barədə qərarı müdafiə edərkən deyib ki, prezident ofisinə hörmət göstərilməlidir: "Kim olursa olsun, prezident ofisinə hörmət göstərməlidir. Bu hüquqi bir məsələdir”.
Müxalifət isə həbsi pisləyib. Konyadakı məhkəməni tərk edərkən gənc mübarizəni davam etdirəcəyini bildirib: "Faşist təzyiqlərə boyun əyməyəcəyik. Biz terrorçu deyilik. Biz Mustafa Kamalın əsgərləriyik. Buna görə bir gözdağı verildi bizə".
Qeyd edək ki, iddiaya görə, müxalifət CHP partiyasının gənclər təşkilatının Konya şəhərində keçirdiyi tədbirdə hökuməti korrupsiyada ittiham edən M.E.A prezidenti təhqir edib.
Türkiyə qanunlarına görə prezidenti təhqir etmək cinayət sayılır.