Yeni akademiyanın neçə prorektoru olacaq?

Yeni akademiyanın neçə prorektoru olacaq?
  27 Dekabr 2014    Oxunub:2579
Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyi Akademiyanın rektorundan və 4 prorektorundan ibarət olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Akademiyanın Azərbaycan Prezidenti tərəfindən təsdiqlənmiş Nizamnamə sənədində qeyd olunub.

Sənədə əsasən, Akademiyanın rektoru mədəniyyət və turizm nazirinin təqdimatına əsasən Azərbaycan Prezidenti tərəfindən, Akademiyanın prorektorları isə Akademiya rektorunun təqdimatına əsasən mədəniyyət və turizm naziri tərəfindən vəzifəyə təyin və azad ediləcək.


Teqlər:



Xəbər lenti