Davudoğlunun erməni müşaviri məhkəməyə çağırılıb

Davudoğlunun erməni müşaviri məhkəməyə çağırılıb
  27 Dekabr 2014    Oxunub:2751
Türkiyə Baş nazirinin milliyyətçə erməni olan baş müşaviri Etyen Mahçupyan məhkəməyə çağırılıb.
Bu barədə Haber7 telekanalı xəbər yayıb.

Mahçupyan bu yaxınlardakı korrupsiya qalmaqalı ilə bağlı iş üzrə ifadə verib.

Xatırladaq ki, 2013-cü il dekabrın 17-də İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində onlarla insan, o cümlədən iş adamları və bəzi nazirlərin oğulları saxlanılmışdı. Onlar korrupsiya, qaçaqmalçılıq və narkotik vasitələrin reallaşdırılması ittihamı üzrə saxlanılmışdılar.

Türkiyə prokurorluğu bu ilin fevralında saxlanılanların azad edilməsi barədə qərar qəbul etmişdi. (Trend)


Teqlər:





Xəbər lenti