Sumqayıt Təhsil Şöbəsinə yeni müdir təyin olunmayıb

Sumqayıt Təhsil Şöbəsinə yeni müdir təyin olunmayıb
  10 May 2013    Oxunub:1194
“Vaqif Ələkbərov müdir əvəzləyicisidir. Hələ heç kim müdir təyin olunmayıb”.
Bu barədə AzVision.az-a Sumqayıt Təhsil Şöbəsindən məlumat veriblər. Bildiriblər ki, müdir vəzifəsinə hələ heç kim təyin olunmayıb və bunun nə vaxt olacağı müəyyən deyil.

Qeyd edək ki, iki ay öncə səhhəti və ailə vəziyyəti ilə bağlı Sumqayıt təhsil şöbəsinin müdiri vəzifəsindən azad olunan Mahal Əliyevin vəzifəsini təhsil şöbəsinin müdir müavini Vaqif Ələkbərov icra edirdi.

Bu gün isə mətbuatda gedən yazılarda bildirilir ki, V.Ələkbərov bu vəzifəyə təyin olunub.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti