İsmət Əliyev qaçqınlarla görüşüb

İsmət Əliyev qaçqınlarla görüşüb
  27 Dekabr 2014    Oxunub:2270
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində - dekabrın 26-da daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyevin başçılığı ilə Nazirliyin nümayəndələri Sabirabad rayonunda, bir gün sonra, dekabrın 27-də isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a daxil olan məlumata görə, polis general-mayoru İsmət Əliyev respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun bayramlar münasibətilə təbriklərini və arzularını doğma yurd-yerlərindən didəgrin düşmüş insanlara çatdırıb.

Daha sonra daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları vəsaitin 40 min manatı Sabirabadda, qalan 24 min manatı isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış qaçqın və məcburi köçkün soydaşlarımıza təqdim olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti