Eyni zamanda, AAF-ın yol hərəkəti təhlükəsizliyi ilə bağlı hazırladığı və bu vaxtadək televiziya kanalları və şəhər monitorlarında yayımlanan videoçarxların paytaxtın bir sıra kinoteatrlarında da nümayişinə başlanılıb. “Nizami” Kino Mərkəzi və “Park Cinema”da başlanan bu yayımların gələcəkdə digər mövzularda videoçarxlarla müxtəlif kinoteatrlarda davam etdirilməsi nəzərdə tutulur.
Avtomobil Federasiyasının təşəbbüsü ilə paytaxtın bir sıra restoran və kafelərində də yol hərəkəti təhlükəsizliyi ilə bağlı aksiyalar keçirilir. Bu məqsədlə spirtli içki qəbul edərək avtomobil idarə etməyin ağır yol qəzalarına səbəb olması ilə bağlı nəşrlər paylanılır.
Qeyd edək ki, bu sosial layihə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) üzvü olan Azərbaycan Avtomobil Federasiyasının mobillik siyasəti sahəsindəki fəaliyyəti çərçivəsində həyata keçirilir.
AzVision.az