`Avtoritetlər`ilə belə yekun vuracaq

`Avtoritetlər`ilə belə yekun vuracaq
  28 Dekabr 2014    Oxunub:2074
"Qanuni oğrular" Moskvada geniş miqyaslı yığıncağa hazırlaşır.
Artıq bu məqsədlə nüfuzlu "qanuni oğrular" Moskvaya yığışmağa başlayıb. Rus mətbuatı yazır ki, söhbət MDB və Avropa ölkələrindən gələn avtoritetlərdən gedir.

Verilən informasiyaya görə, bu oğru nüfuzlularının və "kriminal generallar"ının son illər ərzində ən geniş miqyaslı yığıncağı olacaq. Son günlərin gedişatında paytaxta bir neçə "qanunşünas" gəlib. Bunların arasında Dato kimi məşhurlaşan David Sebiskveradze və Vaja Biqanişvilidə var.

Noyabrda Şeremetyevoda "qanuni oğru" Lyoxa İrkutsk tutulub. Ona qarşı "dövlət sərhədini qanunsuz keçmə cəhdi" ilə cinayət işi başlanıb.(Ans)

AzVision.az


Teqlər:  





Xəbər lenti