Yol terrorunun statistikası

Yol terrorunun statistikası
  10 May 2013    Oxunub:1293
Azərbaycanda yol qəzalarında ölənlərin sayı 339 nəfərə çatıb.
Bu ilin ilk dörd ayında Azərbaycanın avtomobil yollarında 904 yol-nəqliyyat hadisəsi (339 ölüm, 983 xəsarət) baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

Şöbə rəisinin sözlərinə görə, sərxoş sürücülər tərəfindən 25 yol-nəqliyyat hadisəsi törədilib ki, nəticədə 14 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Əliyev qeyd edib ki, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanda yol qəzalarının sayı artıb. Belə ki, yol-nəqliyyat hadisələri 20%, ölüm halları 56%, xəsaət alanların sayı isə 16% artıb.


Teqlər:  





Xəbər lenti