Kral ailəsinə İŞİD xəbərdarlığı

Kral ailəsinə İŞİD xəbərdarlığı
  28 Dekabr 2014    Oxunub:2134
Böyük Britaniyanın kəşfiyyat xidməti İŞİD terror qruplaşmasının Şahzadə İkinci Elizavetanın qvardiyasına hücum edə biləcəyi haqqında xəbərdarlıq edib.
Britaniya kəşfiyyat xidməti bir internet-yazışmanı ələ keçirib. Yazışmada kral ailəsinin üzvünü qaçırmağın çox çətin olduğunu bilən İŞİD terror qruplaşmasının qvardiya mühafizəçilərindən birini qaçırıb öldürmək niyyətində olduğu bildirilir. Terrorçular hərbçini öz ölkəsində öldürməyin daha güclü təhlükə siqnalı ola biləcəyini düşündükləri üçün bel ə etmək istəyirlər. Bundan başqa, terroçuların hədəfi saray ətrafında olan sadə insanlar da ola bilər deyə polis insanları da ayıq-sayıq olmağa çağırır.

Terror təhlükəsi ilə əlaqədar kral ailəsinin mühafizəsində daha ciddi tədbirlər görülüb. Hətta bəzi qvardiya mühafizəçiləri öz duruş mövqelərini də dəyişiblər. Belə ki, mühafizəçilər əvvəllər sarayların xaricində - ümumi istifadə olunan küçədə dururdular. İndi isə onlar sarayların daxilində mühafizədə dururlar. Həmçinin bildirilir ki, qvardiya mühafizəçilərinə polisdən olan silahlı qarovul da kömək edəcək.(ans)



Teqlər:  





Xəbər lenti