Nərgiz Paşayeva `İlin rektoru` seçildi - FOTOLAR

Nərgiz Paşayeva `İlin rektoru` seçildi - FOTOLAR
  28 Dekabr 2014    Oxunub:3597
Moskva Dövlət Universitetinin Bakı Filialında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim il münasibətilə tədbir keçirilib.
AzVision.az-ın buro247.az-a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının həyata keçirdiyi beynəlxalq sorğunun nəticələrinə müvafiq olaraq Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya "İlin rektoru" mükafatı təqdim edilib.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasovun sözlərinə görə, Assosiasiya hər ilin sonunda bir neçə strateji istiqamətlər üzrə Respublika və Beynəlxalq tipli sorğular təşkil edir: "Növbəti sorğumuz "İlin Rektoru"nun müəyyənləşdirilməsi ilə bağlı aparıldı. Azərbaycan, Rusiya, Ukrayna, Çexiya və Polşada yaşayan gənc soydaşlarımızın qatıldığı sorğuya 1 noyabr 2014-cü ildə start verdik. Sorğuya ölkəmizdə fəaliyyət göstərən 20 müxtəlif nüfuzlu Universitetlərin adları daxil edilmişdir. Təxminən 2 aya yaxın davam edən sorğuda bütövlükdə 4347 nəfər iştirak edib. Onlardan 3558 nəfər, yəni 82 %-i Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru Nərgiz xanım Paşayevanı "İlin Rektoru" mükafatına layiq gördülər."

Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva isə çıxışında ASGA İdarə heyətinə öz təşəkkürü bildirdi: "Bu bütövlükdə Universitetimizin müəllim və tələbə heyətinin uğurudur. Bu mənada mən sorğuda əziyyəti keçən hər kəsə təşəkkür edirəm."

Tədbirin gedişatında Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya "İlin rektoru" mükafatı təqdim edildi.

AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti