İçərişəhərdə bədbəxt hadisə

İçərişəhərdə bədbəxt hadisə
  28 Dekabr 2014    Oxunub:1814
Bakıda tənha yaşayan qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
AzVision.az-ın lent.az-a istinadən verdiyi məlumatına görə, İçərişəhərdə, Əfəndiyev küçəsi 75 ünvanında yaşayan 1940-cı il təvəllüdlü Hüseynova Zemfira Mehdi qızı evdə tək olarkən yıxılıb. Başından ağır xəsarət alan qadın hadisə yerindəcə keçinib.

Bildirilir ki, qadının yıxılmasından xeyli sonra xəbər tutan yaxınları təcili tibbi yardıma müraciət edib və 3 saylı təcili tibbi yardım stansiyasının əməkdaşları evə gəliblər.

Lakin ilkin müayinədən sonra qadının xeyli əvvəl vəfat etdiyi məlum olub.


Teqlər:  





Xəbər lenti