Əməkdar artist Xankəndinin işğal günü konsert verdi - FOTO

Əməkdar artist Xankəndinin işğal günü konsert verdi - FOTO
  29 Dekabr 2014    Oxunub:4259
Əməkdar artist Aygün Bəylər bu gün Heydər Əliyev adına Sarayda “Darıxmışam” adlı konsert proqramı ilə çıxış edib.
AzVision.az xəbər verir ki, konsertdə sənətçini pianoda müğənni Ramal müşayiət edib.

Məlumat üçün bildirək ki, Aygün Bəylərin sənətçinin konserti Xankəndinin işğalı gününə təsadüf edib.

Belə ki, bu gün Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 23 il ötür.

Qeyd edək ki, müğənni Natavan Həbibi də Laçının işğalı günündən bir gün əvvəl konsert təşkil etmiş, bu isə böyük müzakirələrə səbəb olmuşdu, Natavan isə söz-söhbətə son qoymaq üçün konsert vaxtını dəyişmişdi.

Fatimə


Teqlər:  





Xəbər lenti