İŞİD-in son 6 aylıq qanlı statistikası

İŞİD-in son 6 aylıq qanlı statistikası
  29 Dekabr 2014    Oxunub:1542
Son 6 ayda İŞİD terror qruplaşmasının silahlıları Suriyada təxminən 2000 nəfərin başını kəsib, güllələyib, daşqalaq edərək öldürüb. Bu barədə Suriya hüquq müdafiəçilərinin açıqlamasında deyilir.
Londonda mənzillənən insan haqlarının monitorinqi üzrə Suriya mərkəzinin fəalları öldürülənlərin 1200 nəfərinin dinc vətəndaşlar olduğunu bildiriblər.

Mərkəzin açıqlamasına görə, İŞİD-çilər əsir götürdükləri hərbçilərin və hökumətyönlü könüllülərin 500 nəfərini qətlə yetiriblər. Həmçinin, özlərinin 100 yaraqlısını, əsasən də fərarilik etmək üstündə məhv ediblər. Bundan əlavə, digər radikal qruplaşma olan "Nusra Cəbhəsi"nin 80 təmsilçisini öldürüblər.


Teqlər:





Xəbər lenti