Dəmiryolu bu gündən gücləndirilmiş iş rejiminə keçdi

Dəmiryolu bu gündən gücləndirilmiş iş rejiminə keçdi
  29 Dekabr 2014    Oxunub:1500
“Hazırda qərb istiqamətində hərəkət edən qatarlarda sərnişin sıxlığı müşahidə edilir. Lazım olduqca əlavə vaqonlar qoşulur. Bu gündən etibarən Dövlət Dəmir Yolları gücləndirilmiş iş rejiminə çalışacaq”.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun AzVision.az-a verdiyi məlumata görə, gücləndirilmiş iş rejimi yanvar ayının 3-nə qədər davam edəcək:

“Sərnişinlər bilet aldıqca, sərnişin sıxlığı nəzərə alınaraq bütün istiqamətlərə əlavə vaqonlar qoşulur”.

Katiblik rəsis eyni zamanda bildirib ki, bu gün (29 dekabr) Bakıdan Gürcüstana turist qatarı yola düşəcək, yanvarın 3-də isə onlar geri qayıdacaqlar.

Anar KƏLBİYEV



Teqlər:





Xəbər lenti