Səxavət Əlisoy Arif Hacılını ələ saldı

Səxavət Əlisoy Arif Hacılını ələ saldı
  29 Dekabr 2014    Oxunub:1545
“Qurultaydan 3 ay ötdü və saxtakar Hacılı bu fəaliyyəti ilə tarixə keçir”
AzVision.az xəbər verir ki, bu fikirləri Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy bildirib.

Arif Hacılının sərt tənqid edən S.Əlisoy onun 3 aylıq başqan fəaliyyətini şərh edib:

“1. Qurultaydan az sonra Səbail rayon konfransını virtual məkanda-FB səhifəsində təşkil edib rayona yeni sədr seçdi. Noyabr toplantısında qələt etdiklərini anlayıb qərarı ləğv etdi.

2. Noyabrın sonunda saxtakar Hacılı dəstəsinin sadiq üzvü İkram İsrafilin oğlu üçün Müsavat Partiyasını rəzil edən saxta bir dəstək bəyanatına imza atdı.

3.Dekabr ayında saxtakar Hacılı 300-400 nəfərlik bir mitinqlə Müsavatın başını yerə soxdu.

4. Məhəbbət Muradı partiya sıralarına bərpa etdikləri günün səhərisi yenidən partiyadan xaric etməklə nizamnamənin ayaq altında olduğunu isbatladı.

5. Müsavat Məclisi sədrliyinə alternativsiz seçki keçirməklə partiyanın demokratik imicinə ağır bir zərbə vurdu...”

Arif Hacılını “lidercik” adlandıran S.Əlisoy partiyadan parlaq gələcək gözləmədiyini vurğulayıb:

“Belə bir zehniyyətin partiyanı hara apardığının fərqindəsinizmi?

Belə bir "liderciklə" Müsavatın siyasi arenada uğur qazanacağına inanırsınızsa, o zaman məşhur şizofrenik deyimi də təkrar-təkrar zümzümə edin: "Müsavatın başqanı, olsun cumhurbaşqanı"... Düşünün bir az, baş axı düşünmək üçündür!!!”


Teqlər:  





Xəbər lenti