Dilqəmin ailəsi yenidən BMT-yə üz tutur
Bu barədə AzVision.az-a S. Musayevin özü məlumat verib. Bildirib ki, D. Əsgərova işgəncə verilməsi ilə bağlı BMT-nin işğəncələrə qarşı mübarizə aparan məruzəçisinə müraciət ediblər:
“Bu gün BMT-nin ofisinə gedib, müraciətimizlə maraqlanacağıq. Hələ ki, bizə heç bir məlumat verilməyib. Yəqin bu gün BMT-dən müraciətimizə bir cavab veriləcək. Məktubda girovluqda olan Dilqəm Əsgərov barəsində ermənilərin tətbiq etdikləri qondarma məhkəmənin saxtalığını qeyd etmişik. Həmçinin bildirmişik ki, Dilqəmə işgəncə verilir. Onun ən son çəkilən şəkilindən hər şey aydın olur. Ermənilər Dilgəm Əsgərovu tezliklə geri qaytarmalıdırlar”.
Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


