Azərbaycanda rus maşınları ucuzlaşır
“Bu fürsətdən isə nəinki yerli iş adamları eləcə də avtomobilə tələbatı olan vətəndaşlarımız da faydalanmaqdadırlar. Rusiyada istehsal edilən avtomobillər rublla satıldığı üçün, dollar və manata nisbətən hesablandıqda bu avtomibllərin dəyərinin aşağı düşməsi müşahidə olunur. Artıq Rusiyadan gətirilən və Avro-4 standardlarına cavab verən avtomobillərin Azərbaycan bazarında qiymətlərinin aşağı düşməsi müşahidə edilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin son bir ayda apardığı monitorinq göstərir ki, sözügedən mənşə avtomobillərinin qiymətində 7 faizə yaxın azalma qeydə alınıb. Son dövrlər rublun məzənnəsinin aşağı düşməsi, Rusiyadan avtomobil gətirənlərin sayının da artırdığı üçün avtomobillərin qiymətlərinin daha da ucuzlaşmasını gözləmək olar”.-deyə Vüqar Bayramov bildirib.
AzVision.az
.







Vaxtında, Aydın, Lazımlı!


