Nazir Bakı polisini ayağa qaldırır

Nazir Bakı polisini ayağa qaldırır
  29 Dekabr 2014    Oxunub:7801
Bir ay ərzində Qız qalasında 2-ci dəhşətli intihar hadisəsi qeydə alınıb. Belə ki, bir neçə dəqiqə öncə daha bir şəxsiyyəti məlum olmayan kişi özünü Qız qalasından ataraq intihar edib. Həmin intihar faktları isə bayram öncəsi baş verib.

Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı açıqlama verilib. DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzVision.az-a açıqlamasında bildirib ki, daxili işlər naziri Ramil Usubov əmr imzalayıb:

`Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yen il bayramı ilə əlaqədar olaraq dekabrın 31-dən 2015-ci ilin yanvar ayının 5-nə qədər daxili işlər naziri Ramil Usubovun imzaladığı əmrə əsasən daxili işlər orqanlarının bütün şəxsi heyəti gücləndirlmiş iş rejimində xidmət edəcəklər. Bu da ictimai asayiş və təhlükəsizliyin daha etibarlı təmin edilməsinə şərait yaradacaq. Bütün ölkə ərazində təhlükəsizlik tədbirləri görüləcək. Bu qədər polis gedib Qız Qalasının ətrafında xidmət aparmalıdır?. Bayram tədbirlərinin keçirilidiyi və insanların sıx olduğu ərazilərdə, dövlət əhəmiyyətli starteji obyektlərin ətrafında polis naryadlarının sayı artırılacaq, xidmət gücləndirlmiş iş rejimində davam etdiriləcək. Hər vətəndaşın yanında bir polis əməkdaşı dayanmalıdır ki, intihar eləmisin?”.

Qeyd edək ki, son vaxtlar Bakıda intihar hallar xeyli artıb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti