Prezident Dövlət Proqramını təsdiq etdi

Prezident Dövlət Proqramını təsdiq etdi
  29 Dekabr 2014    Oxunub:1598
Prezident İlham Əliyev Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramını təsdiq edib.
AzVision.az xəbər verir ki, Dövlət Proqramının əsas məqsəd və vəzifələri sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi; qeyri-neft sənayesinin ixrac potensialının artırılması;enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi; elmtutumlu və innovativ istehsalın genişləndirilməsi; yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanmasıdır.

Sənaye istehsalının dəstəklənməsi tədbirlərinin genişləndirilməsi; ənənəvi istehsal sahələrinin potensialının gücləndirilməsi; mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsinin dəstəklənməsi; sənayenin infrastruktur təminatının yaxşılaşdırılması; qeyri-neft sənayesinə yerli və xarici investisiyaların cəlb edilməsinin stimullaşdırılması; qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi; sənaye müəssisələrində müasir menecmentin və korporativ idarəetmə prinsiplərinin tətbiqinin təşviqi; sənaye müəssisələrində standartlaşdırma və sertifikatlaşdırmanın təşviqi; sənaye müəssisələrinin markalanma, marketinq və reklam fəaliyyətlərinin dəstəklənməsi; sənaye müəssisələrində sağlam və təhlükəsiz iş yerlərinin yaradılması; sənayenin inkişaf etdirilməsi istiqamətində özəl sektorun iştirakı ilə son məhsulların istehsalınadək texnoloji zəncirlərin qurulması; yeni istehsal sahələrinin yaradılmasının dəstəklənməsi və s. Dövlət proqramının əsas vəzifələri kimi qoyulub.

AzVision.az


Teqlər:  



Xəbər lenti