Alimlərimizə xarici arxivlərdə işləmək imkanı yaradılacaq

Alimlərimizə xarici arxivlərdə işləmək imkanı yaradılacaq
  29 Dekabr 2014    Oxunub:1408
Elmin İnkişafı Fondunun 2014-cü ildə “Qarabağ tədqiqatları” üzrə 7-ci xüsusi “Mobillik qrantı” müsabiqəsi elan edir.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun 2014-cü ildə “Qarabağ tədqiqatları” üzrə 7-ci xüsusi “Mobillik qrantı” müsabiqəsinin məqsədi ölkədə Qarabağla bağlı aparılan elmi tədqiqatların stimullaşdırılması, regional və beynəlxalq səviyyədə araşdırmaların yüksək səviyyədə təmin edilməsi, Qarabağın tarixi, xüsusilə alban kilsələri və digər tarixi abidələrlə bağlı tədqiqatların aparılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı soyqırımların, erməni təcavüzlərinin araşdırılması və bu barədə həqiqətlərin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılmasının təmin edilməsi və Azərbaycan alimlərinə xarici ölkələrin arxivlərində işləmək imkanı yaradılmasıdır.




Teqlər:



Xəbər lenti