Zəlimxan Yaqub yenidən Almaniyaya gedir

Zəlimxan Yaqub yenidən Almaniyaya gedir
  29 Dekabr 2014    Oxunub:1772
Aşıqlar Birliyin sədri, Xalq şairi Zəlimxan Yaqub yenidən Almaniyaya gedir.
Bu barədə AzVision.az-a xalq şairinin özü məlumat verib. O, bildirib ki, böyrəklərinin müəlicəsi ilə əlaqədar yenidən Almaniyaya getməlidir.

“Yanvar ayının 3-də böyrəklərimin müalicəsi üçün yenidən Almaniyanın Hannover şəhərinə gedəcəyəm. Hazırda özümü yaxşı hiss edirəm. Azərbaycanda da müalicələrimi davam etdirirəm. Səsim açılıb. Danışa bilirəm”.

Qeyd edək ki, bir müddət öncə xalq şairinin səsi batmışdı Z.Yaqub böyrək xəstəliyindən əziyyət çəkir. Xalq şairi müalicə ilə əlaqədar olaraq artıq bir neçə dəfə Almaniyaya gedib.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti