Misirdə “Tanrılar və Krallar” rədd edildi

Misirdə “Tanrılar və Krallar” rədd edildi
  29 Dekabr 2014    Oxunub:1953
AzVision.az BBC News-a istinadən xəbər verir ki, Ridli Skotun rejissoru olduğu “Exodus: Gods and Kings” (Yəhudilərin Misirdən çıxması: Tanrılar və Krallar) filminin Misir kino-teatrlarında nümayişi qadağan edilib.

Buna səbəb kimi filmdəki “tarixi uyğunsuzluqlar” göstərilir. İddialara görə, Misir rəhbərliyinin filmə senzura qoymasının səbəbi - Misir piramidalarının yəhudi qulları tərəfindən tikilməsi və Qırmızı Dənizin İncildə yazılıdığı kimi Allah tərəfindən deyil, guya güclü zəlzələ nəticəsində aralanmasıdır.

Halbuki, kino rəhbərliyi mətbuat konfransında filmdə zəlzələyə dair hər hansı bir kadr olduğunu təkzib edib.

Film ilk dəfə ABŞ-dakı Mərakeş Film Mərkəzi tərəfindən təsdiqlənib. Lakin sonra Mərkəz qərarını dəyişib və filmin nümayişinə qadağa qoyub. Bu haqda qərar filmin Misirdəki premyerasından bir gün öncə açıqlanıb.

Film bu günə qədər 107 milyon dollar qazanc gətirib. Filmin nümayişi Misirdən başqa dünyanın müxtəlif ölkələrində davam etdiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti