Amnistiyanın icrasına başlanıldı

  10 May 2013    Oxunub : 493
Amnistiyanın icrasına başlanıldı
Respublika Hərbi Prokurorluğunda Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Milli Məclis tərəfindən qəbul edilmiş Amnistiya Aktının icrasına başlanıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Amnistiya Aktı Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi cinayətlərə görə məhkum olunmuş 74 hərbi qulluqçuya tətbiq edilib. APA-nın verdiyi xəbərə görə, barələrində amnistiya aktı tətbiq edilən şəxslərə bu aktın humanist mahiyyəti çatdırılmaqla gələcəkdə qanunazidd hərəkətlərə yol verməmələri barədə Hərbi Prokurorluğun əməkdaşları tərəfindən onlarla fərdi söhbətlər aparılıb.

Hazırda Amnistiya Aktının icrası davam etdirilir.

Qeyd edək ki, Amnistiya Aktı haqqında qanun layihəsi Milli Məclisə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən təqdim olunub. Milli Məclis Amnistiya Aktını mayın 7-də qəbul edib.

Teqlər: