Deputatın bankını yarmaq istədilər

Deputatın bankını yarmaq istədilər
  29 Dekabr 2014    Oxunub:1518
Bakıda "Muğanbank" ASC-nin "Şərq" filialının giriş qapısının kilidini açmağa cəhd olub.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 29-da saat 01 radələrində Yasamal rayonunun M.Müşfiq küçəsində yerləşən kafenin qapısının qıfılını açmağa cəhd göstərən Ağsu rayon sakini Əlisahib Bədəlov və Yevlax rayon sakini Kamil Bakirov Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 26-cı PB-yə təhvil verilmişlər. “Şərq” filialında quraşdırılmış videokameralara baxış zamanı Ə.Bədəlovun və K.Bakirovun “Muğanbank” ASC-nin “Şərq” filialının giriş qapısının kilidini açmağa cəhd göstərənlər olması da müəyyən edilib.

Qeyd edək ki, "Muğanbank"ın millət vəkil Əhməd Vəliyevə məxsus olduğu bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti