Çörçilin İslam sevdası – Tarixi Fakt

Çörçilin İslam sevdası – Tarixi Fakt
  29 Dekabr 2014    Oxunub:3743
Uinston Çörçilin ailəsi ona İslamı seçmə deyə yalvarıb.

`The Independent` əfsanəvi baş nazirin ailəsinin məktubu barədə yazıb.

Uinston Çörçilin ailəsi İslam dinini qəbul etməməsi üçün ona yalvarıb. AzVision.az bu barədə `The İndependent`ə istinadla məlumat verir.

Bu sürpriz fakt Kembric Universitetinin tarixçi alimi Warren Dockter (Vorn Doktə) tərəfindən aşkar edilib. Onun araşdırmalarına görə, məktubu Çörçilə gələcək baldızı xanım Qvendolin Berti yazıbmış.

“Çox xahiş edirəm İslamdan uzaq olun. Sizin xislətinizdə şərqə meyllilik, Paşa tendensiyası hiss etdim. Əminəm ki, yanılmıram.

Əgər İslamı qəbul etmisinizsə, bilin ki, sizin bu addımınız güman etdiyinizdən də baha başa gələ bilər. Bu qana susamaq kimi bir şeydir, məgər nə demək istədiyimi bilmirsinizmi? Hisslərinizi cilovlayıb buna qarşı mübarizə edin!”- deyə, xanım Qvendolin 1907-ci ilin avqustunda yazdığı məktubunda Çörçili İslamdan uzaq olmağa çağırır.

Dockterin sözlərinə görə, II Dünya Müharibəsində faşistlərlə mübarizədə Britaniyanı qələbəyə aparan əfsanəvi baş nazirin İslam dinini qəbul edəcəyi heç vaxt ciddiyə alınmayıb.

“Hər halda, o, az-çox ateist hesab olunurdu. Buna baxmayaraq onda İslam mədəniyyətinə məftunluq vardı, bu da onun dövrü üçün adi bir hal idi”- Dockter deyir.

Çörçilin İslam sevgisi bir zamanlar hərbi xidmətdə olduğu Sudandan gələn məktubunda da aydın görünür. 1907-ci ildə Xanım Litona (Lady Lytton) yazdığı məktubunda Çörçil “Paşa olmağı arzuladığını” bildirib.

The İndependentin məlumatına görə, tarixi yazılar Çörçilin bəzi məqamlarda İslam qaydalarına qarşı çıxdığını və onları tənqid etdiyini də göstərir.

“Müsəlmanların arasında yüksək insani keyfiyyətlərə malik olanlar çoxdur, lakin dinin təsiri onların sosial inkişafını iflic edir”-deyə Çörçil yazıbmış.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti