Azad Rəhimov 2014-ə yekun vurdu

Azad Rəhimov 2014-ə yekun vurdu
  29 Dekabr 2014    Oxunub:1328
"Gənclər evi"nin sayı 30-a çatmışdır. Daha 3 (Sumqayıt, Qaradağ və Binəqədi) "Gənclər ev"lərinin inşası başa çatdırılmışdır və bu obyektlər yaxın vaxtlarda istifadəyə veriləcək.
Bu gün Gənclər və idman naziri Azad Rəhimov mətbuat nümayəndələri ilə görüş keçirib. Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş çərçivəsində 2014-cü ildə gənclər, idman və digər sahələrdə görülmüş işlər haqqında danışılıb, mətbuat nüməyəndələrini maraqlandıran bir sıra suallara cavablandırılıb.

Nazir bildirib ki, ölkənin ilk “Gənclərin Sağlamlıq və İstirahət Mərkəzi” Daşkəsəndə yaradılıb.

2014-cü ildə 21 ölkədə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə birgə “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqələr keçirilib, 174 qalibin ölkəmizə səfəri təşkil edilib. Bütövlükdə isə 2011-2014-cü illərdə bu müsabiqə 47 ölkədə keçirilən, 3 minədək esse təqdim olunub, 437 nəfər müsabiqə qalibi Azərbaycana səfər edib.

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “Univiziya” tələbələrin III Milli mahnı və eyni adlı II Beynəlxalq mahnı müsabiqələri keçirilib. Tədbirdə 20 ölkədən 90 nəfər istedadlı tələbə iştirak edib.

26 oktyabr-01 noyabr 2014-cü il tarixlərdə Bakı şəhərində Gənclər siyasəti üzrə Birinci Qlobal Forum keçirilib. Forum Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı, BMT-nin Baş katibinin Gənclər üzrə xüsusi elçisinin ofisi, YUNESKO və Avropa Şurasının birgə təşkilatçılığı ilə təşkil olunub. Forumda 165 ölkədən 700-dən artıq hökumət nümayəndəsi iştirak ediblər. 12-16 noyabr 2014-cü il tarixlərdə Bakı şəhərində Kompüter oyunları üzrə 6-cı Dünya Çempionatı keçirilib. Çempionatda 34 ölkədən 240 nəfər iştirakçı və rəsmi nümayəndə iştirak edib.

Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2014-cü ilin yanvar - fevral aylarında Nazirlik tərəfindən növbəti müsabiqə keçirilib. Müsabiqə nəticəsində ümumi məbləği 2.020.559 manat və 115.000 avro olan 110 layihə dəstəklənib.

Ümumilikdə 2014-cü il ərzində 156 tədbir keçirilib, onlardan 122 yerli, 34 isə beynəlxalq səviyyəli olub. 420 nəfər gənc xarici ölkələrə ezam olunub, 2793 nəfər isə Azərbaycan Respublikasında qəbul edilib.

Bu il ölkəmizdə nazirlik tərəfindən vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini aşılayan: “Hünər IX”, “Şahin”, “Cəsurlar” yarışları, Dövlət bayrağı günü, Əsgər bayramı, Gənclər folklor festivalları keçirilib

Yaradıcı və intellektual gənclər üçün “Breyn rinq”, “Mən Azərbaycanda yaşayıram” foto müsabiqə, “Gənc alimlərin Bakı beynəlxalq forumu”, “Xəzər Kuboku III”, “IV Beynəlxalq Uşaq Muğam festivalı” və s keçirilib.

Sağlam həyat tərzinin təbliği istiqamətində : QİCS -ə qarşı hazırlanmış “Həyatla oyun”, “Günahsız günahkarlar” tamaşaları regionlarda nümayiş etdirilmiş, “Sağlam cəmiyyətə doğru” adlı layihə, “Sağlam həyat” yaradıcılıq sərgisi və s keçirilib.

Gənclər sahəsində gerçəkləşdirilən layihələr sırasında : “Sabahın alimləri III Respublika müsabiqəsi”, “Avropa Tələbələr Birliyinin idarə heyətinin 67-ci iclası”, “Online fikir bankı”, “AMOR: dialoq və fəaliyyət” və s layihələr keçirilib.

AzVision.az
.


Teqlər:





Xəbər lenti