Millət vəkili seçicilərini təbrik edib

Millət vəkili seçicilərini təbrik edib
  29 Dekabr 2014    Oxunub:1553
Şamaxının millət vəkili Elxan Süleymanov seçicilərini Yeni il münasibətilə təbrik edib.
Şamaxının millət vəkili Elxan Süleymanov seçicilərini bu il də Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib. AzVision.az xəbər verir ki, Şamaxı rayonunda yaşayan 72 Qarabağ müharibəsi və 20 Yanvar şəhidi ailəsinə millət vəkilinin adından bayram sovqatları təqdim edilib.

Şamaxıda fəaliyyət göstərən uşaq bağçalarında tərbiyə alan 1150 uşağa da bayram hədiyyələri verilib. Şamaxının millət vəkili Şamaxı rayon 5 saylı uşaq bağçasındakı yeni il şənliyində şəxsən iştirak edərək, 75 nəfər balacaya bayram təbriklərini və hədiyyələrini çatdırıb.

Elxan Süleymanov rayon mərkəzindəki qərargahında bu il yüksək ballarla ali məktəblərə qəbul olmuş 28 nəfər şamaxılı tələbə, 33 nəfər Sabir qiraət müsabiqəsinin qalibi, 2 nəfər Seyid Əzim Şirvani təqaüdçüsü, eləcə də rayonun ən yaşlı və ən gənc müəllimləri Süleyman Zərbalıyev və Röya Qurbanova ilə görüşərək bayram arzularını yetirib və onlara özünün təsis etdiyi təqaüdləri təqdim edib.

AzVision.az


Teqlər:





Xəbər lenti