MSK-da seçkilərlə bağlı şikayətlərə baxılıb

MSK-da seçkilərlə bağlı şikayətlərə baxılıb
  29 Dekabr 2014    Oxunub:1740
Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, əvvəlcə MSK-nın 27 dekabr tarixli iclasının protokolu təsdiq edilib.

Sonra dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb.

İclasda 79 saylı İmişli Seçki Dairəsinin 23, 24, 25, 76 saylı Lənkəran-Astara Seçki Dairəsinin 1, 2, 3, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı Seçki Dairəsinin 23 24, 7 saylı Masallı Şəhər Seçki Dairəsinin Çaxırlı bələdiyyəsi üzrə MSK-ya qanun pozuntları ilə bağlı daxil olan müraciətlərin baxılması üçün müvafiq dairə seçki komissiyalarına (DSK) göndərilməsi barədə qərarlar qəbul edilib.

112 saylı Qax Seçki Dairəsinin Qax bələdiyyəsi, 14 saylı Xəzər Seçki Dairəsinin Türkan bələdiyyəsi və 102 saylı Samux-Şəmkir Seçki Dairəsinin Balacəmilli bələdiyyəsi ilə bağlı daxil olan şikayətlər MSK-nın Ekspert Qrupu tərəfindən araşdırılıb və bu şikayətlərin əsassız olduğu qənaətinə gəlinib. MSK məsələni səsə qoyaraq şikayətlərin təmin olunmaması ilə bağlı qərar qəbul edib.

İclasda həmçinin cari məsələlərə baxılıb.

Anar


Teqlər:





Xəbər lenti