Hüquq müdafiəçisi prezidentə təşəkkür etdi

Hüquq müdafiəçisi prezidentə təşəkkür etdi
  29 Dekabr 2014    Oxunub:1752
“Prezidentin imzaladığı sərəncamı yüksək qiymətləndiririk. Çox təşəkkür edirik ki, bizim müraciətimiz prezident səviyyəsində nəzərə alınıb”.
Bunu AzVision.az-a açıqlamasında hüquq müdafiəçisi, İşçi Qrupun üzvü Səidə Qocamanlı İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamından danışarkən deyib.

O vurğulayıb ki, Əfv Komissiyasına təqdim olunan siyahıda cəmi 27 nəfərin adı olub:

“Bizim Əfv komssiyasına təqdim etdiyimiz siyahıdakı 27 nəfərdən 10 nəfəri azadlığa buraxılıb. Həmin siyahı həm İşçi Qrupun iclasında baxılıb, həm də ayrıca Əfv Komissiyasına müraciət etmişik. Bu, son deyil. İşçi qrup yanvar ayında da öz işini davam etdirəcək, digələrinin də azadlığa çıxması üçün səy göstərəcək. Bu, İşçi Qrupun böyük nailiyyətidir ki, iki iclas ərtzində baxdığı işlərdən artıq 10-u müsbət həll olunub”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti