İsmayıllı məhbuslarından 2 nəfər əfv edildi

 İsmayıllı məhbuslarından 2 nəfər əfv edildi
  29 Dekabr 2014    Oxunub:2253
Ötən ilin mart ayında Şəki Ağır Cinayətlər Məhkəməsində “İsmayıllı işi” ilə bağlı həbs olunan şəxslərdən iki nəfəri prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
AzVision.az xəbər verir ki, onlardan biri Mühübəliyev Şükran Fətulla oğludur. O, 1992-ci ildə anadan olub.

Əfv olunan digər şəxs isə İsmayıllı Elşən Səməd oğludur. E.İsmayıllı, 1979-cu ildə anadan olub.

Bildirək ki, Şükran Möhübalıyev 2 il 6 ay, Elşən İsmayıllı 5 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham olunublar.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti