Psixoloji yaşınızı TEST edin

Psixoloji yaşınızı TEST edin
  11 May 2013    Oxunub:24276
AzVision.az-ın sizə təqdim etdiyi test təvvəlüdünüzdən asılı olmayaraq psixoloji cəhətdən hansı yaş qrupuna daxil olduğunuzu müəyyən etməkdə kömək edəcək.
Testdəki fikirlərlə-
Tam razısınızsa – 4 bal.
Qismən razısınızsa – 3 bal.
O qədər də razı deyiləm – 2 bal.
Qəti razı deyiləm – 1 bal.


1.Məncə,gözəl yumor hissim var.

2.Mənim intuisiyam pis deyil,hər zaman da digərlərinin nə nəzərdə tutduğunu anlayıram.

3.Ümid edirəm ki, gələcəkdə məni çoxlu yaxşı şeylər gözləyir.

4.Məncə insanlara mənimlə ünsiyyət saxlamaq xoşdur.

5.İnsan mənə oxşamasa və baxışları mənim baxışlarımla üst-üstə düşməsə də o insan mənə simpatik ola bilər.

6.Mən uşaqları sevirəm.

7.Mən müxtəlif vəzifələri həll etməyi xoşlayıram.

8.Hansısa işi görəndə,onu daha yaxşı etmək üsulu tapmağa çalışıram.

9.Məni müxtəlif hadisələrin səbəbi maraqlandırır.

10.İşlə yanaşı bir çox əyləncələrim də var.

11.İstənilən dəyişiklikləri yaxşılığa doğru kimi qəbul etməyə çalışıram.

12.İşim digərlərinə xeyir gətirir.

13.Mən hərdən arzu etməyi, xoş xəyyallar qurmağı xoşlayıram.

14.Xoşladığım mahnı əhval-ruhiyyəmi qaldırır.

15.Mən yeni ideyaları böyük maraqla qarşılayıram.

16.Bir qayda olaraq çətinliklər və maneələrlə rastlaşarkən təslim olmuram.

17.Uğurlu zarafata səmimiyyətlə gülməyə hazıram.

18.Mənim sirlərimi bölüşə biləcəyim,bir nəfər də olsa yaxın dostum, tanışım var.

19.Mən fiziki fəallıqdan həzz alıram.

20.Yeni insanlarla görüşməyi xoşlayıram.
21.Mən hələ də bacara bilmədiklərimi öyrənmək istərdim.

22.Cazibəli görünməyə çalışıram,deyəsən bu məndə alınır.

23.Məni darıxdıran xoşagəlməz xırda hallara imkan yaratmıram.

24.Mənim yaşadığım zaman xoşuma gəlmir.

25.Elə düşünürəm ki,imkanlarımı göstərə biləcəyim hal olacaq.

Cavablarınıza əsasən balları toplayıb nəticələrlə tanış olun.

75 baldan yuxarı-Doğum ilindən asılı olmayaraq siz həyat qüvvəsi və özünəinamla dolusunuz. Siz ünsiyyətcil, optimist, xeyirxahsınız. Gec qocalacaqsınız. Psixoloji cəhətdən gəcsiniz.

50-75 bal- Yetkinliyə gedən yolda gəncliyin bəzi dəyərlərini qurban etməli olmusunuz. Qayğılar və ara-sıra yaşadığınız stress sizin sevinmək qabiliyyətinizi zəiflədib, amma ciddilik və cavabdehliyi öyrədib. Siz “orta” yaşlısınız. Ancaq sizə bir qədər gümrahlıq və optimizm mane olmaz.

50 baldan yuxarı- Sizin kimi insanlara adətən belə deyirlər ki, onlar çox görüblər, təcrübələri var, hər şeyin dəyərini bilirlər. Ancaq bu an tez baş verməyib ki? O qədər çox şey görmək,bilmək,yaşamaq olar ki. Siz qocalmısınız.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti