400 minə yaxın partlayıcı tapıldı

400 minə yaxın partlayıcı tapıldı
  30 Dekabr 2014    Oxunub:1942
Gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, bayram günləri öncəsi mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdlər artır və bu kimi halların qarşısı qətiyyətlə alınır.

Belə ki, Dövlət Gömrük Komitəsi Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən "Sədərək" Ticarət Mərkəzi ərazisində Nəzərov Məftun Adil oğluna məxsus "Ford Transit" markalı nəqliyyat vasitəsindən külli miqdarda, cəmi 378 min ədəd müxtəlif markalı pirotexniki vasitələr-petardalar aşkar olunaraq götürülüb.

Xaçmaz Gömrük İdarəsi əməkdaşları tərəfindən isə külli miqdarda dərman preparatlarının ölkəyə gətiriliməsinin qarşısı alınıb. "Samur" Gömrük Postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn yük avtomobilindən Azərbaycan Respublikası vətəndaşı Yusifov Naib Əliastan oğlunun gömrük orqanına bəyan etmədiyi 31200 konvalyut dərman preparatları aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti