84 şiə öldürüldü

84 şiə öldürüldü
  17 Fevral 2013    Oxunub:1876
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan vilayətinin paytaxtı olan Kvetta şəhərinin Xazara yaşayış məntəqəsində törədilmiş partlayış nəticəsində 84 nəfər ölüb, daha 250 nəfər yaralanıb.
Həlak olanlar şiə məzhəbinə məxsus müsəlmanlardır.
Hələ ki, terror qruplaşmalarından heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.
Yada salaq ki, ötən ayın əvvəlində Kvetta şəhərində törədilmiş ikili terror aktı nəticəsində 92 nəfər ölüb, 120 nəfərdən çox insan yaralanıb.


Teqlər:  





Xəbər lenti