"Azerros"un prezidenti istefa verdi

"Azerros"un prezidenti istefa verdi
  30 Dekabr 2014    Oxunub:2311
"Azerros" prezidenti Asif Məhərrəmov vəzifəsindən istefa verib.
Bu barədə APA-nın Moskva müxbirinə "Azerros" Federal Milli Mədəni Muxtariyyətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, dekabrın 26-da "Azerros" Federal Şurasının sədri Mehriban Sadıqovanın adına qurumun prezidenti Asif Məhərrəmov adından ərizə daxil olub. O, ərizəsində sağlamlığı ilə əlaqədar prezident vəzifəsindən istefa verdiyini yazıb. A. Məhərrəmovun istefası qəbul olunub. Bununla əlaqədar 2015-ci il yanvarın 15-dən gec olmayaraq "Azerros" Federal Milli Mədəni Muxtariyyətinin Federal Şurasının iclasının keçirilməsi planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti