İtən təyyarə tapıldı

İtən təyyarə tapıldı
  31 Dekabr 2014    Oxunub:1772
İndoneziyadan Sinqapura gedərkən itən "AirAsia" şirkətinə məxsus təyyarə Borneo adası yaxınlığında dənizə düşdüyü məlum olub.
AzVision.az xəbər verir ki, təyyarədə olan sərnişinlərin cəsədlərinin axtarışları çərçivəsində 7 nəfərin meyiti tapılıb. Axatarış zamanı təyyarəyə aid oksigen balonu və təcili çıxış qapısı da sudan çıxarılıb.

İndoneziya rəsmiləri çıxarılan 4 cəsədin vertolyotla Surabaya şəhərinə göndərildiyini açıqlayıb. Təyyarədə olan sərnişinlərin yaxınları Surabayada qurulan axtarış mərkəzinə çağrılıb. Onlara bildirilib ki, İndoneziya prezidenti Coko Vidodo sərnişinlərin yaxınları ilə görüşəcək.

Qeyd edək ki, "Airbus A320-200" tipli təyyarə İndoneziyanın Surabaya adasından Sinqapura gedərkən radarlardan itmişdi. Təyyarənin pilotu son dəfə pis hava səbəbindən istiqamətin dəyişməsi üçün icazə istəyib. Təyyarədə 7 ekipaj üzvü, 137 yetkin, 17 uşaq və bir də körpə olduğu məlum olub. Onların böyük bir qismi İndoneziya vətəndaşıdır. Sərnişinlər arasında bir İngiltərə, bir Malayziya, bir Sinqapur və üç Cənubi Koreya vətəndaşının da olduğu bildirilir.


Teqlər:





Xəbər lenti