İŞİD-in 300-dən çox üzvü öldürülüb

İŞİD-in 300-dən çox üzvü öldürülüb
  31 Dekabr 2014    Oxunub:1445
İŞİD terror təşkilatı İraqda ağır məğlubiyyətlə üzləşib.
AzVision.az-ın məlumatına görə, İraq ordusunun başladığı geniş miqyaslı hücum nəticəsində Düluyyə şəhəri terrorçulardan azad edilib. Terror qruplaşmasının 300-dən çox üzvü hücum zamanı öldürülüb.

İraq ordusunun hücumuna ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri havadan dəstək verib.

Qeyd edək ki, İraq ordusu İŞİD-in işğal etdiyi şəhərləri geri almaq üçün uzun müddətli hücum hazırlığına başladığını bəyan etmişdi. Bu məqsədlə ABŞ və Küveyt İraq ordusuna 361 tank verəcəyini bildirib.


Teqlər:  





Xəbər lenti