Bakıda polisi maşın vurdu
Yaralı piyadalardan Elşad Rəhimovun xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanya aparılan zaman yolda dünyasını dəyişib.
Hadisə ilə bağlı Sabunçu rayon polis idarəsinin əməkdaşları qəza baş verən ünvanda araşdırma aparıblar. Sürücü saxlanılaraq izahatının alınması üçün polis idarəsinə aparılıb.
Qəzanı araşdıran Sabunçu rayon polis idarəsinin müstəntiqi Asəf Məmmədov piyadaları vuran sürücünün şəxsiyyətini media nümayəndələrindən gizlətməyə çalışıb. Müstəntiq qəza zamanı dünyasını dəyişən və xəsarət alan şəxslərin adlarını desə də, sürücünün kimliyini açıqlayanda yadına istintq sirri düşdü. O, istintaq sirri olduğunu bildirərək sürücünü qorumağa çalışdı və onun kimliyi barədə açıqlama vermədi.
Qəza ilə bağlı Sabunçu rayon polis idarəsində başlanan araşdıramalar isə davam etdirilir.
Sonda qeyd edək ki, qəza zamanı yaralanan piyada Cəfərov Süleyman Bayram oğlu yol patrul xidmətinin əməkdaşıdır.
AzVision.az