İtən təyyarədən daha 3 cəsəd tapıldı

İtən təyyarədən daha 3 cəsəd tapıldı
  31 Dekabr 2014    Oxunub:1716
İndoneziyalı xilasedicilər Malayziyanın “AirAsia” şirkətinə məxsus təyyarənin qəzaya uğradığı Yavan dənizindən daha üç cəsəd çıxarıblar. Bu barədə dekabrın 31-da keçirdiyi mətbuat konfransında İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Bambanq Soelistio məlumat verib. O deyib: “Biz daha üç cəsəd çıxara bilmişik. Bunlardan ikisi sərnişin kişilərin, biri isə heyət üzvü olmuş qadının cəsədidir”.

Beləliklə indiyə qədər təyyarənin göyərtəsində olmuş altı nəfərin cəsədi tapılıb.

B. Soelistionun sözlərinə görə, axtarış əməliyyatları hava şəraitinin pisləşməsi nəticəsində çətinləşib: “Təssüf ki, axtarışlara cəlb edilmiş texnikanın bir hissəsi gözləmək məcburiyyətindədir. Hava şəraiti yaxşılaşan kimi onlara axtarışları davam etdirmək əmri veriləcək”.

Təyyarə İndoneziyaya məxsus ərazidə qəzaya uğradığına görə, axtarış-xilasetmə əməliyyatlarına bu ölkə rəhbərlik edir. Hazırda axtarış-xilasetmə əməliyyatlarına ümumilikdə 30 gəmi, 15 təyyarə və 20 helikopter cəlb olunub.

Dekabrın 30-da xilasedicilər təyyarənin üç sərnişinin cəsədini aşkar ediblər. Axtarışlar zamanı təyyarənin sərnişin salonuna məxsus giriş qapısı və yük hissəsinin lyuku dənizdə, Panqkalan-Bun şəhərindən 160 kilometr cənub-qərbdə tapılmışdı.


Teqlər:





Xəbər lenti