“Oskar”ın ən yaşlı sahibi öldü

“Oskar”ın ən yaşlı sahibi öldü
  31 Dekabr 2014    Oxunub:1676
“Oskar” mükafatının ən yaşlı sahibi Amerika aktrisası Luiza Rayner Böyük Britaniyanın paytaxtı London şəhərində 104 yaşında vəfat edib.
AzərTAc Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, görkəmli aktrisa sətəlcəmdən dünyasını dəyişib. Yanvarın 12-də onun 105 yaşı tamam olacaqdı.

Luiza Rayner iki dəfə “Oskar”a layiq görülən və bu mükafatı iki il ardıcıl olaraq alan ilk aktrisa kimi tarixə düşüb. Amerika Kino Akademiyasının təsis etdiyi mükafat ona 1936-cı ildə “Böyük Ziqfeld” filmindəki ən yaxşı qadın roluna görə, bir il sonra isə “Xeyirxah dünya” filmində eyni nominasiya üzrə təqdim olunub.

Qeyd edək ki, Luiza Raynerin vəfatından sonra “Oskar” mükafatının hazırda sağ olan ən yaşlı sahibi Oliviya Hevillenddir. 2014-cü ilin iyul ayında onun 98 yaşı tamam olub.


Teqlər:





Xəbər lenti