Jurnalistin evində qətl - Foto

Jurnalistin evində qətl - Foto
  31 Dekabr 2014    Oxunub:2406
Türkiyə prezidenti Turqut Özalın dostu, məşhur jurnalist Mehmet Barlasın oğlu Cəmil Barlasın evində türkmənistanlı qadın qulluqçu birlikdə işlədiyi qadın həmyerlisini vəhşicəsinə qətlə yetirib.
AzVision.az -ın məlumatına görə, qətlə yetirilmiş Maya Gözəl Kərimova qatilin işlədiyi villanın duşunda qətlə yetirilib. Ayrı-ayrı evlərdə çalışan Türkmənistan vətəndaşlarının arasında dava 2 min dollar borc üzündən düşüb.

Qatil qadın həmyerlisini bıçaqlayaraq öldürdükdən sonra villanın duşunda onu parçalayaraq sellofon torbaya yığıb, sonra onu çamadana qoyaraq Zekeriyeköydə meşəyə atıb. Cinayət qadın xidmətçinin türkmən sevgilisinin polisə müraciəti nəticəsində ortaya çıxıb.

Tirkiş adlı türkmən Maya Gözəl Kərimovanın itkin düşdüyünü bildirib. "Onunla 4 ildir birlikdəyik. İşlədiyi yerdə icazəli olduğu günlər Bayrampaşaya yanıma gəlirdi. İtdiyi gün mənə zəng etmişdi və eyni məhəllədə başqa bir villada çalışan rəfiqəsi Sahicemalın yanına gedəjəyini söyləmişdi. Ancaq bir daha ondan xəbər ala bilmədim. Telefonu da bağlanıb",- deyə o bildirib.

Qalereya




Teqlər:  





Xəbər lenti