Ermənistanda `Sarı gəlin` təlaşı

Ermənistanda `Sarı gəlin` təlaşı
  31 Dekabr 2014    Oxunub:2524
Estoniya, Ukrayna, Makedoniya, Litva, Azərbaycan və Türkiyədən olan gənclərin oxuduğu "Sarı gəlin" mahnısı Ermənistanda ciddi narahatlıq doğurub.
AzVision.az -ın ANS PRESS-ə istinadən verdiyi məlumatına görə, layihə Türkiyənin Avropa Birliyi işləri üzrə nazirliyi, həmçinin Türkiyə milli agentliyi tərəfindən dəstəklənən layihədə 36 həfəskar musiqiçi gənc iştirak edib. Ərzurum şəhərinin müxtəlif tarixi abidələrinin önündə aparılan çəkilişlər əsasında videoklip çəkilib. Klip artıq internetdə izləmə rekordlarına imza atıb.

Bu, Ermənistan tərəfini narahat edib. Ermənistan mətbuatında bu xəbər "Türkiyədə erməni mahısını ermənilərsiz ifa etdilər" sərlövhəsi ilə yerləşdirilib. Xəbərdə mahnının erməni mahnısı olduğu, adının "Sari axçik" (Dağlar qızı) olduğu iddia edilir.

Əslində, erməni portallarının bu iddiası Türkiyə - Azərbaycan mədəniyyətini növbəti oğurlamaq cəhdindən başqa bir şey deyil. Bu məsələdə isə əsas günahkar türkiyəli müğənni Sezan Aksudur. Vaxtilə erməni əsilli bəstəkar Ohannes Tunçboyaçiyanın arvadı olmuş Sezan Aksu mahnını ermənicəyə çevirərək "Sari axçik" adı altında oxuyub. Bu, isə ermənilərə mahnının erməni mahnısı olduğunu iddia etməyə imkan verib. Əslində, isə 2000-ci illərə qədər ermənilərin bu mahnıdan heç xəbəri yox idi.

AzVision.az


Teqlər:  





Xəbər lenti