Bakıda evdən qadın meyiti tapıldı
AzVision.az-ın FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1935-ci il təvəllüdlü Bağırova Pəri Yaqub qızı bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkarlayıblar.
P.Bağırovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.







Vaxtında, Aydın, Lazımlı!


