Bu gün Mövlud gecəsidir

Bu gün Mövlud gecəsidir
  02 Yanvar 2015    Oxunub:3664
Bu gün Məhəmməd peyğəmbərin Mövlud günüdür.
Bu gün dünya müsəlmanları Məhəmməd (s) peyğəmbərin doğum gününü (Mövlud) qeyd edirlər.

Gün.Az-ın verdiyi xəbərə görə, mövlud gecəsi Ramazan və Qurban bayramlarından başqa müsəlmanların mübarək saydıqları beş gecədən biridir.

Bunlar Rəcəb ayının ilk cümə gününə təsadüf edən Rəqaib gecəsi, həmin ayın 27-sinə təsadüf edən Merac gecəsi, Şaban ayının 15-inə təsadüf edən Bəraət gecəsi və Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsidir.

Dini baxımdan önəmli günlər olan bu mübarək gecələr müsəlmanların sevinc əlaməti olaraq məscidlərdə və ailələrdə qeyd edilir.

Mövlud ərəb sözüdür - doğum, doğum yeri və zamanı anlamına gəlir. Məsələn, mövludun-Nəbi dedikdə hz. Peyğəmbərin (s) Rəbbiul-əvvəlin 12 və ya 17-nə təsadüf edən doğum gününü ifadə edir.

Mücərrəd mənada işlədildikdə sadəcə hz. Peyğəmbərin(s) doğumunu ifadə edir. Hz. İsanın doğumuna "milad" deyildiyi kimi. Bu baxımdan mövludu Nəbəvi dedikdə bütün İslam dövlətlərində Peyğəmbərin (s.ə.s) doğum günü və bu gün münasibətilə keçirilən mərasimlər nəzərdə tutulur.

Məhəmməd (s) peyğəmbər Məkkədə, Rəbiül-əvvəl ayının 12-də, bazar ertəsi gecəsi sübhə yaxın dünyaya gəlib (miladi-570-ci il). Atası Abdullah peyğəmbərin doğumundan iki ay əvvəl vəfat etmişdi.

Anası Vəhb qızı Aminə hamilə olduğu zaman, bir gecə yuxusunda tanımadığı birisi gəlib "Sən aləmlərin xeyirlisinə hamiləsən, dünyaya gətirdiyin zaman adını Muhamməd qoy" deyə xəbərdarlıq edib.


Teqlər:





Xəbər lenti